L.Həmilton: Maşın bərbad idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bidlirib ki, ikinci sərbəst yürüşlərdən sonra boliddə dəyişikliklər etdikləri üçün özünü pis hiss edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Portuqaliyadakı ilk sərbəst yürüşlərdə 2-ci olsa da, nahardan sonrakı sessiyada 7-ci yeri tuta bilib.

Lyuis Həmilton: “Trasın çox yerində hara getdiyinizi görmürsünüz. Səkkizinci döngənin çıxışında göyə baxırsınız və təpənin arxasında nəyin olduğunu bilmirsiniz. Eyni hal 11-ci döngədə də var. Çox çətin trasdır və səthi dümdüzdür. Əksər sürücülər səhv etdi və sürüşərək yerində fırlandı. Asan deyildi. Bolidlər də gec təxliyə edildi. Buna görə də boksda çox gözlədik. İkinci sessiyada çox az sürdük. Çətin idi. Sabah daha güclü olmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*