Britaniya-2021: Sprint yarışı

Dəfələrlə qeyd etdiyimiz kimi, Silverstounda ilk dəfə 100 km-lik sprint yarışın da olduğu yeni format yoxlanılır. Bunun tənqidçiləri çoxdur, lakin həftəsonu ərzində 2 yox, 3 əsas sessiyanın olması tamaşaçı sayına müsbət təsir göstərir...

F-1.az xatırladır ki, dünən baş tutan yeganə sərbəst yürüşün qalibi Maks Ferstappen olsa da, sıralanma turunda Lyuis Həmiltona məğlub olub. Lakin avstriyalı bugünkü məşqlərdə yenə zirvədə yer alıb.

Dünənki sıralanma turu bu yarışın start düzümünü təyin edib. İlk cərgədən Həmiltonla yanaşı Ferstappen, ikinci cərgədən Bottas və Lekler, üçüncü cərgədən isə Peres və Norris start alıblar. Bu yarışda pit-stop məcburi deyil və təkər seçimi sərbəstdir. Bottas, Alonso, Okon və Rəykkönen yumşaq, qalanları isə orta təkərlərlə yarışa başlayıblar.

Yerindən daha yaxşı tərpənən Ferstappen Həmiltonu geridə qoyaraq liderliyi ələ alıb. Lyuis əks-hücuma cəhd etsə də, Maksı keçməyə nail olmayıb. Möhtəşəm start alan Alonso 11-ci yerdən 5-ci yerə qədər yüksəlib. Rassell və Sayns insident yaşayıb, ispan sürücü trasdan çıxmalı olub və yer itirib. İnsidentin sessiyadan sonra araşdırılacağı bildirilib

Rəykkönen 13-cü yerə yüksəlib. Mazepin və Şumaxer də təmas ediblər, rusiyalı sürücü yerində fırlanıb, lakin yarışa davam edib. 2-ci dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Bottas – Lekler – Alonso – Norris – Peres – Rikkardo – Fettel – Rassell.

Sayns Covinatsi və Strollu keçərək 15-ci yerə qalxıb. Peres 6-ci dövrədə səhvə yol verərək trasdan çıxıb, bariyerlərlə toqquşmaqdan son anda qurtulub və təkərləri zədələsə də, trasa qayıdaraq mübarizəni davam etdirib. Norris nəhayət, Alonsonu keçə bilib. Rikkardo isə buna 3 dövrə sonra nail olub. Sayns öncə Rəykköneni, sonra isə Qaslini geridə qoyub.

Alonsoya Fetteldən müdafiə zamanı qaydaları pozduğu üçün xəbərdarlıq edilib. Mühəndislər son dövrədə Peresdən yarışdan çəkilərə boksa gəlməyi istəyib. Beləliklə, Serxio sabahkı yarışa son pillədən başlayacaq.

Maks Ferstappen tarixdəki ilk sprint yarışın qalibi olaraq sabahkı əsas yarışa pouldan başlamağa haqq qazanıb. İlk cərgəni onunla Lyuis Həmilton bölüşəcək. İkinci cərgədən Valtteri Bottas və Şarl Lekler başlayacaqlar. Üçüncü cərgə isə McLaren sürücülərinindir. Alonso və Rəykkönen ən çox mövqe qazanan sürücülər olublar – hərəyə 4 yer. Günün itirəni isə Peresdir – 15 yer…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 33 Maks Ferstappen Red Bull 25:38.426 -1
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:01.430 +1
3 77 Valtteri Bottas Mercedes AMG + 0:07.502 =
4 16 Şarl Lekler Ferrari + 0:11.278 =
5 4 Lando Norris McLaren + 0:24.111 -1
6 3 Daniel Rikkardo McLaren + 0:30.959 -1
7 14 Fernando Alonso Alpine + 0:43.527 -4
8 5 Sebastyan Fettel Aston Martin + 0:44.439 -2
9 63 Corc Rassell Williams + 0:46.652 +1
10 31 Esteban Okon Alpine + 0:47.395 -3
11 55 Karlos Sayns Ferrari + 0:47.798 +2
12 10 Pyer Qasli AlphaTauri + 0:48.763 =
13 7 Kimi Rəykkönen Alfa Romeo + 0:50.677 -4
14 18 Ləns Stroll Aston Martin + 0:52.179 -1
15 99 Antonio Covinatsi Alfa Romeo + 0:53.225 +1
16 22 Yuki Tsunoda AlphaTauri + 0:53.567 =
17 6 Nikolas Latifi Williams + 0:55.162 -1
18 47 Mik Şumaxer Haas + 0:68.213 -1
19 9 Nikita Mazepin Haas + 0:77.648 -1
20 11 Serxio Peres Red Bull +15

 

Sürətli dövrə: Lyyis Həmilton (Mercedes) – 1:29.937 (17-ci dövrə, 235.805 km/s)

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*