Mercedes itki ilə üzləşib

Mercedes komandasının texniki direktoru Ceyms Əllison testlərin 5-ci günündə meydana gələn mühərrik probleminə görə qayğılıdır.

F-1.az xatırladır ki, nahardan sonra W10-un sükanı arxasına Valtteri Bottas keçib, amma ilk dövrədəcə yağ təzyiqi ilə bağlı problem yaşayıb. Buna görə də komanda güc qurğusunu dəyişdirib. Buna görə də Bottas cəmi 7 dövrə vura bilib.

Ceyms Əllison: “Gün istədiyimiz kimi keçmədi. Melburnda istifadə edəcəyimiz bolidi ilk dəfə sürürdük və günün böyüm hissəsini yağ təzyiqi probleminə görə boksda keçirməli olduq. Amma bəzi yaxşı işlər gördük. Bolid yeni paketdə fərqli davranır”.

Valtteri Bottas isə komandasının əzmindən təsirlənib: “Komanda maşını yenidən trasa çıxarmaq üçün əla işlədi. Yeni paket barədə məlumat toplamaq vacib idi, ancaq çox az sürə bildim. Lakin bəzi şeyləri təkmilləşdirdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*