Williams Battonun qərarını gözləməyəcək

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, onla rCenson Battonun qərarını çox gözləməyəcəklər..

F-1.az xatırladır ki, Williams komandası Battonla danışıqlar aparsa da, bu danışıqların hələki heç bir nəticəsi yoxdur. Britaniyalıların 2017-ci il üçün ilk seçimləri Battondur, ancaq başqa namizədlər də var. Bu namizədlər Valtteri bottas, Serxio Peres və Felipe Nasrdır. Bundan başqa gənc sürücü Lens Stroll da namizədlər arasındadır.

Kler Uilyams bildirb ki, onlar gələn il üçün ən yaxşı sürücüləri seçəcəklər: “Sürücülərimiz barədə qərarları özümüz verəcəyik. Buna görə də Ron Dennis və Censonun qərarını gözləyən deyilik. Bu gözəl macəra olar, amma biz ən doğru seçimi etməliyik. Komanda üçün doğru seçim etməliyik. Axtardığımız kriteriyalar barədə danışsaq, sürücü mühəndislərə yaxşı geri bildirimlər verməlidir və ağıllı olmalıdır. Biz müstəqil komandayıq və maliyyə faktorlarını da düşünməliyik. Boliddə zəif sürücü ola bilməz”.

Uilyams Peres barədə də danışıb: “Sercio bu il əla performans göstərir. O ağıllı sürücüdür və onunla maraqlanırıq. Onunla qısa da olsa, danışıqlar aparmışıq. Çox təsiredici sürücüdür. Çox gözəl danışır və yaxşı sponsorları var. O bizim maraqlandığımız sürücülərdən biri ola bilər”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*