Belçika-2020: Birinci sərbəst yürüşlər

Kanada Qran Prisi ləğv olunduğundan, sürücülər bu il ilk dəfə az asfaltayatma qüvvəsinə sazlanmış maşınlarla işləyiblər.

F-1.az bildirir ki, komandalar Spa və Montsadakı yarışlar üçün bir çox yeniliklər gətiriblər. Eyni zamanda, güc qurğularında da bir sıra yenilənmələr edilib – bu traslar güc tələb edir.

Sessiya aerodinamik testlərlə başlayıb, sonra isə təkərlərin səmərəliliyini yoxlamağa və sazlanmaları tapmağa yönələn ənənəvi proqrama keçilib. Bu dəfə Spaya gətirilən təkər tərkibləri keçənilkilərdən yumşaqdı və ilk sessiyada ən sərt təkərlər də sürətlə aşınıb.

Qrojan motordan şikayət edib, bir qədər sonra oxşar problemlərlə Maqnussen də qarşılaşıb. Hər iki sürücü boksa qayıdıb və güc qurğusu dəyişdirilməli olduğundan, sessiya onlar üçün başa çatıb. Maşınında problemlər yaranan Covinatsi də onlara qoşulub.

Məşqlərin sonuna yaxın Bottas sol ön təkəri deşildiyi üçün boksa qayıdıb. Ferstappen və Sayns 9-cu döngədə trasdan çıxdıqlarına görə dövrəvi nəticələri ləğv edilib.

Protokollara doğum gününü qeyd edən Valtteri Bottas başçılıq edib – 1:44.493. Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:44.493 18
2 44 Lyuis Həmilton Mercedes AMG 1:44.562 + 0:00.069 17
3 33 Maks Ferstappen Red Bull 1:44.574 + 0:00.081 20
4 11 Serxio Peres Racing Point 1:44.629 + 0:00.136 22
5 18 Ləns Stroll Racing Point 1:44.868 + 0:00.375 21
6 23 Aleksander Elbon Red Bull 1:45.049 + 0:00.556 22
7 31 Esteban Okon Renault 1:45.099 + 0:00.606 20
8 55 Karlos Sayns McLaren 1:45.222 + 0:00.729 24
9 3 Daniel Rikkardo Renault 1:45.225 + 0:00.732 21
10 4 Lando Norris McLaren 1:45.274 + 0:00.781 27
11 26 Daniil Kvyat AlphaTauri 1:45.447 + 0:00.954 25
12 10 Pyer Qasli AlphaTauri 1:45.503 + 0:01.010 17
13 7 Kimi Rəykkönen Alfa Romeo 1:45.704 + 0:01.211 19
14 16 Şarl Lekler Ferrari 1:45.759 + 0:01.266 18
15 5 Sebastyan Fettel Ferrari 1:46.179 + 0:01.686 15
16 6 Nikolas Latifi Williams 1:46.488 + 0:01.995 19
17 63 Corc Rassel Williams 1:46.570 + 0:02.077 21
18 20 Kevin Maqnussen Haas 1
19 8 Roman Qrojan Haas 2
20 99 Antonio Covinatsi Alfa Romeo 2
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*