V.Bottas: “Bəxtim gətirdi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas divara çırpılmadığı üçün özünü şanslı sayır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanadadakı sıralanma turunun son sessiyasında yerində fırlanıb. Daha sonra sürətli dövrə vuran Valtteri 6-cı ola bilib.

Valtteri Bottas: “Son sessiyadakı ilk cəhdimdə səhv etdim və ikinci döndədə yerimdə fırlandım. Divara çırpılmadığım üçün şanslıyam. Lakin buna görə ikinci cəhdimdə çox vaxt itirdim və geriyə düşdüm. İkinci cəhdimdə bir neçə dəfə təkərləri kilitlədim. Döngələrdə zəif idim. Lakin belə səhvlər həmişə ola bilər. İndi sabaha fokuslanmalıyam. Burada ötmə etməyə şansımız olur. Əlimdən gələni edib maksimum nəticə çıxarmağa çalışacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*