Bəhreyn-2024: Mətbuat konfranslarının cədvəli

Beynəlxalq Avtomobil Federasiyası (FİA) mövsümünün ilk mərhələsinin - Bəhreyn Qran Prisinin rəsmi mətbuat konfransları üçün iştirakçıların siyahısını açıqlayıb.

F-1.az xəbər verir ki, çərşənbə günü altı sürücü avtodromun mətbuat mərkəzinə baş çəkəcək: Fernando Alonso (Aston Martin), Karlos Sayns (Ferrari), Lando Norris (McLaren), Maks Ferstappen (Red Bull) və Aleks Əlbon (Williams).

Cümə axşamı komanda nümayəndələri jurnalistlərin suallarını cavablandıracaqlar: Frederik Vassyör (Ferrari), Zek Braun (McLaren), Toto Volff (Mercedes) və Loran Mekis (Visa RB).

Cümə günü sıralanma turu və şənbə yarışından sonra günün ilk üçlüyü mətbuat mərkəzində jurnalistlərin suallarına cavab verəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*