K.Sayns: Ferrari qayıtdı

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ferrari artıq geri qayıdıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa üçüncü yerdə başlasa da, yarışın sonlarında Ferstappenin problem yaşaması ilə yarışı ikinci yerdə bitirib.

Karlos Sayns: “Əvvəlcə Şarlı və Ferrari-ni təbrik edirəm. Ferrari geri döndü və qələbə dublu etdi. Komanda 12 illik həsrəti çox işləməklə bitirdi. Mənim üçün çətin həftəsonu oldu. Yalan deməyəcəm. Bu gün tempim yox idi. Ancaq komandaya qələbə dublu gətirə bildim. Növbəti günlərdə öz üzərimdə işləyəcəm. Daha güclü qayıdacam.

Restartdan sonra şansım var idi, Çünki üçüncü yerdə yaxşı başlanğıc etdim. Maks yaxşı müdafiə olundu. Daha sonra bolidinin arxasında qırmızı işığın yanıb söndüyünü gördüm və bəxtimi sınamalıyam dedim. Onun bəxti gətirmədi. Bu gün ikinci yerə layiq idi. Mən ona hücum elədim və o mübarizəni dayandırdı. Hər şey Ferrari üçün yaxşı oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*