Bəhreyn-2020: Həftəsonuna hava proqnozu

Bəhreyndə günəş həftəsonu yerli vaxtla 16:46-da batacaq, sıralanma turu 17:00-da, yarış isə 17:10-da start götürəcək. Yəni hər iki mərhələ süni işıqlar altında və daha aşağı temperaturda baş tutacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, hər üç gün mülayim və buludlu hava proqnozlaşdırılır, mülayim cənub küləyinin əsəcəyi bildirilir. Səhərlər yağış ehtimalı var, temperaturun gündüzlər +26 dərəcəyə, axşamlar isə +24 dərəcəyə qədər olacağı gözlənilir.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*