F.Alonso: Gözləmədiyim nəticə idi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, son sessiyaya qalmağı gözləmirmiş.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndəki sıralanma turunda 9-cu yeri tutub.

Fernando Alonso: “Bunu gözləmirdim. Həftəsonu çətin keçdi və bolidin arxa tərəfi yaxşı deyildi. Bundan başqa əylənmə də testlərdəkindən fərqli idi. Lakin 9-cu oldum və sevincliyəm.

Sıralanma turundan gözləntilərim böyük idi və deyəsən küləyin yönü dəyişdi, hava soyudu. Sıralanma turuna özüməinamla başladım. Lakin düşündüyümdən də yaxşı oldu. İndi isə yarışa fokuslanacam. Yarışda hər şey mənim üçün yeni kimi olacaq və onları səbirsizliklə gözləyirəm.

Hədəfim xal almaqdır. Bilirəm, arxamda məndən sürətli komandalar və sürücülər var. Medium təkər taxıb nəticə qazana bilmədilər. Lakin sürətlidirlər. Yaxşı strategiya ilə onluğa düşə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*