V.Bottas: Hələ də zəifik

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, hazırda ən güclü maşına sahib deyillər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərinə nisbətən balans problemini düzəltsə də, cümə günü yenə də Red Bull-dan geridə qalıb.

Valtteri Bottas: “Bolid testlərə nisbətən yaxşıdır. Ancaq bolidin balansı hələ də istədiyimiz kimi deyil. Problem yaşamadıq, amma poul və qələbə qazanmaq üçün çox iş görməliyik.

Yarış tempində hələ də qeyri-stabilik. Bolidi bəzən sürmək çətin olur. Lakin önümüzdə iki gün var və görək nə olur. Hazırda Red Bull və McLaren güclü görünür, ancaq biz də mübarizənin içindəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*