N.Rosberq: “Həmilton etika qaydalarını pozmadı”

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, sabiq komanda yoldaşı Həmilton ona qarşı etika normalarını aşmayıb.

F-1.az xatırladır ki, Rosberq və Həmilton 2013-2016-cı illərdə Mercedes komandasında birgə çıxış ediblər. Bu iki sürücü aşağı seriyalarda da komanda yoldaşı olublar.

Rosberq 2014-cü və 2015-ci illərdə çempionluq uğrunda mübarizədə britaniyalıya məğlub olsa da, sona qədər mübarizə apararaq 2016-cı ildə Dünya Çempionu titulunu qazanmışdı.

Almaniyalı sürücü bildirib ki, uğurunun ən böyük səbəblərindən biri yanaşmasını dəyişdirmək olub və beləliklə, təzyiqi dəf edə bilib: “Əgər qarşınızdakı adam sizi yaxşı tanıyırsa, nəyə daha çox əsəbləşəcəyinizi də bilir və buna görə psixoloji üstünlük qazanır. Lyuis bunu yaxşı tətbiq edirdi. Mənə qarşı xətti keçmədi və həmişə boz xəttin üstündə durdu. Bunda problem yox idi. O çox ağıllı və istedadlı sürücüdür. Onunla təkər-təkərə mübarizə aparmaq heç də asan deyildi. Amma sonda qalib gəldiyim üçün sevincliyəm. 2016-cı ildə bir az daha aqressiv olub, məntiqli qərarlar verə bildim. Bu da böyük mükafatı qazandırdı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*