V.Bottas Strolla qəzəblidir

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Ləns Stroll yarışda cığallıq eləməsə, yaxşı xallar qazana bilərmiş.

 

F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstraliya yarışında 8-ci olsa da, Stroll onu bir neçə dəfə trasda sıxışdırıbdı. Buna görə də kanadalı sürücünün nəticəsinə 5 saniyə əlavə olunub və lisenziyasına iki cərimə xalı yazılıb.

Valtteri Bottas: “Stroll müdafiə zamanı çox yön dəyişdirdi. Nə edəcəyimi bilmirdim. Çox limitdə sürürdü. Daha sonra onu keçəndə məni trasdan çıxardı. Belə yarışmaq olmaz. Qəza etmədiyim üçün şanslıyam. Buna görə vaxt itirdim. Əks halda Estebana çata bilərdik. Yenə də 4 xal pis deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*