A.Covinatsi qovulacaq?

Sabiq Formula1 sürücüsü Ceycey Leto bildirib ki, Antonio Covinatsi performansını artırmasa, Alfa Romeo onunla yolları ayıra bilər.

F-1.az xatırladır ki, italiyalı sürücü bu il hələ xal almadığı halda, komanda yoldaşı Kimi Rəykkönen 13 xal toplayıb. 26 yaşlı italiyalı Williams komandasının sürücüləri ilə birgə xal ala bilməyən 3 pilotdan biridir.

CeyCey Leto: “Hazırda komandaya xal qazandıra bilən yeganə adam Kimidir. Covinatsi isə onun yanında itib-batıb. Digər orta qrup komandalarının iki sürücüsü də əla yarışırlar. Müəyyən vaxtdan sonra dəyişiklik olacaq. Hazırda arxa planda bilmədiyimiz hadisələr baş verir. Lakin Alfa Romeo da iki sürücüylə xallar almalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*