A.Covinatsi: Əyləc problemi yaşadım

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, Azərbaycan yarışında əyləc problemləri ilə mübarizə aparıb.

F-1.az xatırladır ki, italiyalı sürücü Azərbaycan yarışına sonuncu yerdən başlasa da, finişə 11-ci yerdə çatıb.

Antonio Covinatsi: “Yarışa yaxşı başladım və xal uğrunda mübarizə aparırdım. Lakin birinci dövrədən etibarən əyləc problemi yaşayırdım və bu cür traslarda əyləc problemi yaxşı olmur. Yenə də tempim yaxşı idi. İkinci startdan sonra yüksəldim. Xal qazana bilərdim, ancaq Rikkardo ilə insident yaşadım və ikinci düzlükdə yerimi itirdim. 11-ci olsam da, Kiminin qazandığı xala görə sevinirik. Komanda bir xal qazandı və bu, yaxşıdır. Mən də axırıncı yerdən başlayıb xala yaxın oldum”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*