Liam Louson: “Düşünürəm ki, bu gün əldə edə biləcəyimiz ən yaxşı nəticə bu idi. Bütün liderlər finişə çatanda, doqquzuncu yer bizim üçün əslində mümkün olan maksimumdur. Bu gün əla işlədik və yarışı yaxşı keçirdik. Bundan artığını etmək sadəcə mümkün deyildi.
Biz hələ də liderlərdən nəzərəçarpacaq dərəcədə geri qalırıq, amma orta qrup komandaları arasında ən yaxşısı olmaq müsbət məqamdır. Ümid edirəm ki, qarşıdakı traslarda topladığımız tempi qoruyub saxlayacağıq. Görülən işə görə komandaya böyük təşəkkür edirəm”.





