Liam Louson: “Etiraf etməliyəm ki, bu maşınları – Red Bull və Racing Bulls – idarə etmək tamamilə fərqli yanaşma tələb edir. Mən Racing Bulls-a qayıdanda yenidən əvvəlki maşınıma alışmalı oldum. Hər iki maşını sürmək çox maraqlıdır. Onları birləşdirmək imkanı olsaydı, kifayət qədər sürətli bir maşın alınardı.
Keçən yarışda əla start almışdım. Belə alınacağını gözləmirdim. Sadəcə, təkərlərin yerdə fırlanmasına imkan vermədim. Yaş trasda bu, son dərəcə vacibdir. Əgər belə hal baş verirsə, sürət yığmaq çox çətin olur.
Düzünü desəm, startlar baxımından üzərində işləməli olduğum məqamlar var. Hər uik-end belə start almaq əla olardı. Amma Sepanqda bəzi sürücülərin sliklər seçib geriyə düşməsi də mənə kömək etdi. Ona görə də mənə düzgün təkər dəstini taxan komandaya təşəkkür edirəm”.





