Liam Louson: “Bu gün trasda işləməkdən zövq almışam. Bu həftəsonuna bir sıra texniki yeniliklər hazırlamışıq və görünür, maşın yaxşı sürət göstərməyə qadirdir. Bununla belə, hesab edirəm ki, incə sazlamalar hesabına daha da sürətlənmək olar.
Təkərlərin deqradasiya səviyyəsi birmənalı şəkildə gözlədiyimizdən yüksək olub, amma adətən həftəsonu boyunca bu göstərici azalır, ona görə də sabah onun necə olacağına baxacağıq. Bu trasda pilotaj etməyi xoşlayıram, artıq sıralanma turunu səbirsizliklə gözləyirəm və orada final sessiyasına yüksəlməyə çalışacağıq”.





