Lousondan gözəl qələbə

Fransanın Le Kastelle şəhərciyindəki Pol Rikar trasında gənc sürücülərin Formula2 çempionatında mövsümün 9-cu mərhələsi şənbə qısa (sprint) yarışla davam edib.

Pouldan start alan Cehan Daruvala startda mövqeyini qoruyub, amma onun yanından tərpənən Liam Louson Markus Armstronqu irəli buraxıb.

Arxada isə Teo Purşer çempionatda əsas rəqibi Felipe Druqoviçi üstələyib və onlar hər ikisi Yuri Vipsi qabaqlayıblar.

Artıq 4-cü dövrədə Louson Armstronqa hücumlara başlayıb və bir neçə döngədə təkər-təkərə mübarizədən sonra Liam startda itirdiyi mövqeyini geri qaytara bildi.

Enzo Fittipaldinin qəzasına görə trasa çıxmış TM 13-cü dövrədə pit-leynə qayıdıb və mübarizə yenidən başlayıb.

Amma Lousonun Daruvalaya və Druqoviçin Purşerə hücumları bir nəticə verməyib.

16-cı dövrədə Louson Daruvalanın üzərinə həlledici hücuma keçib və bunu gözləməyən hindistanlı sürücü geri düşüb.

Finişə cəmi 4 dövrə qaldığı üçün Louson öndə qalmağa çalışıb.

Növbəti dövrədə Armstronq da Daruvalaya hücum etməyə çalışıb, maşınlar arasında təmas yaşanıb və Cehan trasdan kənara çıxsa da, mövqeyini qoruya bilib. Amma fürsətdən Purşer yararlanıb – bu dəfə o Armstronqu trasdan çıxarmaqla, mövqe qazanıb. Markus isə, əksinə, Druqoviç və Duhəni də buraxmalı olub. Növbəti dövrədə Yuri Vips də komanda yoldaşını trasdan çıxarmaqla qabaqlayıb.

Bütün bunlar liderin arxasında baş verib: Lauson sakitcə finiş xəttini Daruvalanın üç saniyədən çox önündə keçib, Purşer isə podiumu tamamlayıb.

Bu podiumla fransalı sürücü turnir cədvəlində 2-ci yerə qayıtsa da, mövsümün lideri, KROON OİL yağlarının dəstəklədiyi MP MotorsSPort komandasının sürücüsü Felipe Druqoviçlə fərq cəmi 1 xal azalıb.

Bununla belə, gənclər seriyasında tez-tez olduğu kimi, yarışın nəticələrinə hələ də baxılacağını istisna etmək olmaz, çünki stüardlar son dövrələrdə baş verən hadisələri nəzarətə götürüblər və Purşer, Vips və Armstronq cəza ala bilərlər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*