Liam Louson: Racing Bulls-a qayıtdığıma görə şadam

Bakıda zədəli Ayzeki üç yarış ardıcıl əvəz edən Liam Louson Racing Bulls-a qayıdacaq və komandaya kömək edəcəyinə ümid edir…

Liam Louson: “Racing Bulls-da yenidən sükan arxasına qayıtdığıma şadam. Son həftələr kifayət qədər gərgin keçib – Red Bull Racing-in heyətində çıxış etmişəm, amma indi yenidən adət etdiyim ritmə qayıtmaq və diqqətimi qarşıdakı uik-endə yönəltmək fürsətini səbirsizliklə gözləyirəm.

Ayzekin zədədən sonra sağalmasına sevinirəm. Onun trasa qayıtmaq fürsətini nə qədər çox gözlədiyini bilirəm. Ümid edirəm ki, hər ikimiz bu uik-endi uğurla keçirəcəyik.

Bakıdakı yarış hər zaman baxımlı alınır. Bizi uzun düzlüklər və İçərişəhərdə texniki döngələr ilə seçilən unikal tras gözləyir. Burada özünəinam və dəqiqlik lazımdır, sürətli və yavaş döngələr vəhdəti isə yarışı həqiqətən maraqlı edir.

Mövsümün qalan hissəsi üçün qarşımızda vacib məqsəd var, hamı komandaya Mühəndislər Kubokuda beşinci yeri qazanmaq üçün ən yaxşı şəraiti yaratmaq naminə gərgin çalışır. Mübarizəni davam etdiririk və ümid edirəm ki, Bakıda çoxlu xal qazanacağıq”.