Lindblad: Mən və komanda yoldaşım bir-birimizi qabaqlamağa çalışırıq

Arvid Lindblad Formula1-də debüt mövsümünü keçirir və daha təcrübəli komanda yoldaşı Liam Lousonun fonunda kifayət qədər inamlı təsir bağışlayır. Britaniyalı sürücü bildirib ki, Racing Bulls-un son mərhələlərdəki güclü çıxışları müəyyən mənada onunla Louson arasındakı yaxşı iş münasibətləri ilə də bağlıdır.

Arvid Lindblad: “Düzünü desəm, düşünürəm ki, münasibətlərimiz yaxşıdır. Liam ilə birlikdə komandada yaxşı atmosfer formalaşdıra bilmişik və trasdakı mübarizə ilə ondan kənardakı ünsiyyət arasında düzgün balans tapmışıq.

trasda ikimiz də bir-birimizi qabaqlamaq istəyirik və bu, təəccüblü deyil, çünki idmanın təbiəti belədir. Amma sükan arxasında olmadığımız vaxtlarda münasibətlərimiz həqiqətən yaxşıdır və komandada xoş atmosfer var. Buna görə də Racing Bulls-da işləmək mənə zövq verir.

Məncə, Liam ilə biz bir çox məsələdə bir-birimizi irəli aparırıq və bu, hər ikimizin xeyrinədir. Bu, komanda üçün də yaxşıdır, çünki bir-birimizlə nə qədər güclü mübarizə aparırıqsa, maşından bir o qədər çox nəticə çıxarırıq və bunu nəticələrdə də görmək olur.

Komanda maşını inkişaf etdirmək üçün möhtəşəm iş görüb və məhz buna görə son yarışlarda bu qədər rəqabətədavamlı olmuşuq. Düşünürəm ki, Liam ilə aramızdakı mübarizə və daim bir-birimizi qabaqlamaq istəyi də buna öz töhfəsini verib”.

,