L.Louson: Rikkardo yaxşı adamdır

AlphaTauri komandasında Daniel Rikkardonu əvəz edən Liam Louson avstraliyalı sürücünü çox yaxşı adam adlandırıb.

F-1.az xatırladır ki, Daniel Rikkardo Niderlanddakı ikinci sərbəst yürüşlərdə qəza edib və əlini qırıb. Onu son iki yarışda gənc Liam Louson əvəz edib.

Liam Louson Niderlandda ilk dəfə sürdüyü AlphaTauri bolidi ilə yarışı 13-cü bitirib. Özü də yeni zellandiyalı sürücü dəyişkən hava şəraitində bunu edib. İtaliyada isə 11-ci olub və xalı az fərqlə əldən verib.

Liam Louson bildirib ki, o Daniel Rikkardodan məsləhət alıb: “Trasa çıxacağımla bağlı xəbərlərdən sonra Daniellə danışdıq. O vaxt hələ trasda idi və mənə dəstək oldu. Bütün köməkləri təklif etdi. Çox yaxşı insandır.

Sözün açığı, Formula1-ə bu yolla gəlmək istəməzdim. Bir sürücünün zədələnməsimi görmək istərik. Xüsusən də Daniel kimisinin. Lakin sadəcə bir şansınız var və bu da belə gəldi.

Əlbəttə, bunun nə qədər vacib olduğunu anlayıram. Ancaq bu o demək deyil ki, gələn il üçün də hazırlaşıram. Hazırda bu yarışlara fokuslanıram”.

Qeyd edək ki, Liam Lousonun daha 2 yarış Rikkardonu əvəz etməsi gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*