D.Rikkardo: “Həmilton və Fettel məndən güclü deyillər”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Fettel və Həmilton ondan güclü deyillər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü hələ Dünya Çempionu ola bilməsə də, stabil sürüşü olması ilə diqqət mərkəzinə düşür. 28 yaşlı sürücü 2014-cü və 2016-cı illərdə çempionatda 3-cü olub.

Daniel Rikkardo: “Özümə inanıram. Güclü sürücüyəm. Lyuis və Sebə baxıram, amma onlar nə məndən, nə də Maksdan güclü deyillər. Onları məğlub edə bilərik. Yarışlar qazana bilərəm. Eyni sözlər Maks üçün də keçərlidir. İkimiz də yarışlar qazana bilərik. Red Bull komandası hazırda ən güclü heyətə sahibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*