Almaniya-2018: Günün sürücüsü – Lyuis Həmilton

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonuna yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa 14-cü yerdən başlayan, vaxt itirmədən yüksəlməyi bacaran, sonda əsas rəqibi Sebastyan Fettelin qəza etməsi, Təhlükəsizlik Maşınının trasa çıxması və Ferrari-nin Kimi Rəykkönen üçün səhv strategiya seçməsindən yararlanaraq qalib gələn Lyuis Həmilton “Günün Sürücüsü” seçilib. Lyuis bu ada cari mövsümdə üçüncü dəfə layiq görülür. O, İspaniya və Britaniya Qran Prilərində də azatkeşlərin rəğbətini qazanmışdı.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Fernando Alonso
Bəhreyn Qran Prisi Pyer Qasli
Çin Qran Prisi Daniel Rikkardo
Azərbaycan Qran Prisi Şarl Lekler
İspaniya Qran Prisi Lyuis Həmilton
Monako Qran Prisi Daniel Rikkardo
Kanada Qran Prisi Sebastyan Fettel
Fransa Qran Prisi Sebastyan Fettel
Avstriya Qran Prisi Maks Ferstappen
Britaniya Qran Prisi Lyuis Həmilton
Almaniya Qran Prisi Lyuis Həmilton

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*