S.Fettel Almaniya yarışını gözləyir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, hazırkı vəziyyətini 2014-cü illə müqayisə etmək olmaz.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2014-cü il mövsümünə dördqat Dünya Çempionu kimi başlasa da, mövsümün sonunda Daniel Rikkardodan geridə qalmışdı. 32 yaşlı sürücü son 12 ayda çoxlu insidentlərə qarışıb və hazırda gənc komanda yoldaşı Leklerin tempinə cavab verə bilmir.

Sebastyan Fettel: “O, çoxdan olub. Onsuz da bu il yaxşı nəticə qazanmaq mümkünsüzdür. Yarışlar başqa cür də ola bilərdi. Buna görə də ədalətli olmalı və sürücüləri vahid dövrəyə görə mühakimə etməməliyik. İngiltərədə üçüncülük şansımız var idi, amma alınmadı. Digər yarışlarda da nəticələr fərqli ola bilərdi. Lakin narahat deyiləm. Yaxşı nəticələr ala bilərəm. Almaniya yarışını səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*