13 Noyabr 2019, Çərşənbə - 08:06

K.Rəykkönen: “Yeni müqaviləyə görə üzülənləri görmək mənə həzz verir”

K.Rəykkönen: “Yeni müqaviləyə görə üzülənləri görmək mənə həzz verir”

Müəllif: Elçin Zodorov, redaktor

15:57 - 09 İyul, 2016

Kimi Rəykkönen komandası ilə müqaviləni uzatmasının bəzi insanların kefini pozduğunu düşünür.

F-1.az xatırladır ki, Ferrari nəhayət ki, dünən Kimi Rəykkönen ilə bağlı qərarını verib. Finlandiyalı sürücü 2017-ci ildə də Ferrari-nin sükanı arxasında əyləşəcək. Komandanın bu qərarı yeni bir pilotla müqavilə bağlanacağını gözləyən fanatlar arasında da geniş müzakirə olunub. Rəykkönen isə bundan sonra diqqətini ancaq yarışlarına ayıracağını, bu qərara görə məyus olanlara baxıb sevindiyini bildirib.

Kimi Rəykkönen: “Təbii ki, indi hər şey mənim üçün daha rahatdır. Hamı eyni sualı verirdi. Əgər burada özümü yaxşı hiss etməsəydim və ya yaxşı sürücü olduğumu düşünməsəydim, müqaviləni uzatmazdım. Vəziyyət çox da fərqlənməyəcək – yenə də hər bir yarışa maksimum diqqətlə yanaşacam.

Təbii ki, özümü çox əla hiss edirəm. Məyus olanları görmək mənə həzz verir. Növbəti il reqlamentdə bir çox dəyişikliklər olacaq və hər şey çox fərqli olacaq. Buna görə də, 2017-ci ildən sonrakı karyeram barədə danışmaq üçün hələ ki, tezdir”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 360
Teqlər ,
Paylaş

logo