T.Qlok: Mercedes Ferrari-yə çatacaq

Sabiq Formula1 sürücüsü Timo Qlok düşünür ki, Mercedes növbəti yarışlarda Ferrari-dən ikinciliyi ala bilər.

F-1.az xatırladır ki, hazırda iki komanda arasında 40 xallıq fərq var. Ferrari Meksikada çox zəif təsir bağışlayıb.

Timo Qlok: “Mercedes Ferrari-yə çata bilər. Mercedes Həmiltonla müqaviləsini uzatmaq istəyir. Meksikada göstərdi ki, motivasiyası yüksəkdir. Mercedes orada çox güclü idi. Mövsümün əvvəlindəki problemlər artıq nəzarətdədir və bolidin potensialı üzə çıxır. Belə olan halda Mühəndislər Kubokunda Ferrari-yə çata bilərlər. Son iki yarışda 40 xallıq fərq görünsə də, mümkünsüz deyə bir şey yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*