Ş.Lekler: “Fettelə yer qoymuşdum”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Sebastyan Fettelə yetərincə boşluq buraxıb.

F-1.az xatırladır ki, iki sürücü düzlükdə yan-yana gəliblər və təmas yaşayıblar. Nəticədə Leklerin ön asılqanı qırılıb və Fettelin arxa təkəri partlayıb. Hər iki Ferrari pilotu da bu insidentdən sonra mübarizəni dayandırıblar.

Şarl Lekler: “Birinci döngədə hücum etdim və həzz aldım. Üçüncü döngədə qapını bağladım. Ancaq Sebastyanın əks-hücum edəcəyini bilirdim. Ona yer buraxsam da , düzlüyün sonunda məni sıxmağa başladı. Çox yaxınlaşdıq və hər şey anidən oldu. Bununla da təmas yaşadıq.

Fettellə hələ danışmamışam. Mattia ilə danışdım. Sebastyanı hələ görməmişəm. Bu hadisəni unudacağıq. Sadəcə ikimiz üçün də məyusam. Nəticədə ikimiz də finişə çata bilmədik. Məyusuq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*