D.Rikkardo məğlubiyyəti qəbul edib?

Red Bull komandasının sürücüsü Daniel Rikkardo testlərdən sonra bildirib ki, Ferrari və Mercedes-dən geridədirlər.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri testlərdə fərqli sazlanmalar üzərində işlədiklərini demişdilər. Amma Rikkardo düşünür ki, sıralanma tempinə görə Ferrari və Mercedes-dən geri qalırlar: “Rəqiblərimizin gerisində olduğumuzu düşünürəm. Ümid edirəm ki, ehtiyatda bir neçə saniyəmiz var və ilk yarışa qədər fərqi azaldarıq.

Ferrari testlərdə əla iş gördü. Sözün açığı, onlardan bunu gözləmirdim. Təbii ki, sazlanmaları və yanacaq yükünü bilmirik və nəsə demək çətindir. Melburndakı yarışda ən yaxşı üçüncü komanda olmaq üçün mübarizə aparacağıq. Amma İspaniya yarışına qədər çatışmaz cəhətlərimizi bağlayıb, mövsümün qalan hissəsində çempionluq uğrunda mübarizəyə girə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*