18 Avqust 2019, Bazar - 01:36

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 29-cu yazı – Ferrari 312 T4

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 29-cu yazı – Ferrari 312 T4

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:17 - 12 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 39 gün qalır – 39 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 29-cu yazımızda Skuderiyaya XX əsrdə sonuncu titulu qazandıran 312 T4 modelindən danışacağıq…

Əslində, 312 T3 komanda üçün keçid versiya idi, ona görə də 1979-cü ildə təqdim olunan 312 T4-dən həm komanda, həm də azarkeşlər çox şey gözləyirdilər. Maşın formalarına görə Skuderiyanın tarixində ən eybəcər maşınlardan biri sayılsa da, nəticələrinə görə ən uğurlularından biri hesab olunur.

Maşının gözəgəlimli olmaması mühəndislərin məcburiyyətindən irəli gəlirdi. Çünki əvvəlki çempionat qraund-effektin üstünlüyünü sübut etmişdi, amma Ferrari əsas rəqiblərinin bu qərarını sadəcə nüsxələyə bilmirdi. Lotus maşınlarında kokpit ensiz olduğu üçün maşının kənarlarında xüsusi pantonlar yerləşdirilirdi, onların altlığı isə xüsusi profillərlə və ətəklərlə hava axınını idarə edirdi. Amma Ferrari-nin kokpitini ensiz etmək mümkün deyildi, çox enli olan oppozit mühərrik buna mane olurdu.

Bunu kompensə etmək üçün Skuderiyanın mühəndisləri pantonların uzunluğunu artırdılar. Pantonların aşağısına ətəklər də əlavə olundu, amma tam qraund-effekt almaq mümkün olmadı. Buna baxmayaraq, güclü mühərrik, universal asılqan, effektiv radial Michelin təkərləri Ferrari maşınlarını bütün tip traslarda ciddi rəqibə çevirdi və komandaya hər iki çempionatda qələbə qazandırdı.

Titulu cənubi afrikalı sürücü Codi Şekter qazandı. Codi komandada Lotus-a gedən Karlos Röytemanı əvəz etmişdi. Şekterin titul uğrunda mübarizədə əsas rəqibi isə komanda yoldaşı Jil Vilnöv idi. Onlar eyni sayda qələbə qazansalar da, afrikalı sürücü daha stabil çıxış edirdi.

Maraqlıdır ki, 1979-cu ilin gedişində komanda tarixdə ilk dəfə yarımavtomat ötürmələr qutusunu sınaqdan çıxarmışdı. 312 T3 modelinə quraşdırılmış bu qutunu Jil Vilnövə test etmək həvalə olunmuşdu. Ötürmələrə keçid sükan üzərindəki düymələrlə idarə olunurdu. Testlərdə yenilik özünü pis göstərməmişdi, həm dövrəvi nəticələr yaxşılaşmışdı, həm də yeni qutu etibarlı alınmışdı. Amma bu qutu Jilin heç ürəyinə yatmadı və komanda yenilikdən imtina etdi. Növbəti dəfə yarımavtomat ötürmələr qutusu Ferrari-də 1989-cu ildə peyda oldu…

 

FERRARİ 312 T4

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T4, 1979

 

1950-ci illərin sonunda Entso Ferrari rəqiblərindən ən sonuncu motoru sürücünün arxasına keçirməyə razı oldu, 1973-cü ildə peletonda ən sonuncu monokok tipli kuzovu italyanlar hazırladılar, 1979-cu ildə isə qırmızı maşınlar çempionatda qraund-effekti tətbiq edən sonuncu komanda oldular.

Ferrari 312 T4 modeli 1979-cu ildə dominantlıq edirdi, hərçənd, maşında qraund-effekt tam realizə olunmamışdı. Bokser tipli enli oppozit mühərrik maşının kənarlarına xüsusu hava kanalları olan pantonların yerləşdirilməsinə mane olurdu. Belə pantonlar ətəklərlə birlikdə asfaltayatma qüvvəsini generasiya edirdilər. Amma motorun gücü (515 at qüvvəsi) və Michelin radial təkərləri sayəsində komanda liderə çevrildi.

Lakin dominantlığın əsas səbəbkarı Maranelloda hazırlanan maşınların etibarlılığı idi. Mövsümün ilk iki yarışında Ligier maşınları çox sürətli idilər, amma sonra onlar texniki problemlərlə üzləşdilər. Mövsümün ikinci yarısında hamıdan güclü olan Williams maşınları isə mövsümün ilk yarısında, demək olar ki, heç xal toplaya bilməmişdilər. Ona görə də, daha stabil mövsüm keçirən Codi Şekter mövsümün sonunda Ferrari-yə 9-cu sürücülər titulunu qazandırdı, komanda isə 6-cı Mühəndislər Kubokunu aktivinə yazdı.

Şekterin titulu Entsonun sağlığında qazanılmış sonuncu titul idi – növbəti titulu Skuderiya düz 21 il gözləməli oldu…

 

FERRARİ 312 T4-ÜN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 T4, 1979

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1979-cu il 132626131

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 28. 301
Teqlər ,
Paylaş

logo