Y.Ferstappen: “Fettel siyasi məsələlərə görə cəza almadı”

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, Sebastyan Fettel çempionluq uğrunda mübarizə apardığı üçün cəza almayıb.

F-1.az xatırladır ki, Maks Ferstappen Sinqapur yarışının startında iki Ferrari sürücüsünün arasında sıxılmış və baş verən insidentdən sonra hər 3 sürücü mübarizəni dayandırmalı olmuşdu.

Yos Ferstappen: “Bu hadisədən sonra heç kimin cəza almaması, məncə, axmaqlıqdır. Sebastyan açıq formada Ferstappeni divara sıxdı və bunun nəticəsində böyük qəza meydana gəldi. Məncə, Ferrari sürücüsü siyasi səbəblərə görə cəza almır. Əgər Fettel çempionluq uğrunda mübarizə aparmasaydı, cəza alardı. Amma stüardlar hadisəni başqa cür dəyərləndirmək istədilər. Orada verilə biləcək bir cəza çempionatı bitirə bilərdi. Buna görə də cəza olmadı. Bu isə doğru deyil”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*