Maks Ferstappen: Bolidə sürət çatmır

Maks Ferstappen Zandfortdakı doğma trasında sprintin sıralanma turunda yalnız altıncı nəticə göstərib. Sessiyadan sonra Red Bull Racing-in sürücüsü bildirib ki, maşının balansı və sürəti istənilən səviyyədə olmayıb.

Maks Ferstappen: “Bu gün boliddən yetərincə ilişmə və düzgün balans almaq çətin idi. Birinci məşqlə müqayisədə irəliləyiş əldə etdik, amma daha yüksək yerlər uğrunda mübarizə aparmaq üçün bolidə hələ də sürət çatmır.

Axşam hər şeyi təhlil edib vəziyyəti araşdırmalıyıq. İndi əsas məsələ sabaha qədər balansı necə düzəldəcəyimizi anlamaq və fərqi azaltmaq üçün asfaltla ilişməni artırmaq üzərində işləməkdir. Həftəsonunun qalan sessiyalarında necə çıxış edəcəyimizi demək çətindir, ona görə də gözləyib görəcəyik”.