R.Qrojan: Ferrari geri dönəcək

Sabiq Formula1 sürücüsü Roman Qrojan düşünür ki, Ferrari geridönüş edəcək.

F-1.az xatırladır ki, Ferrari 2022-ci ilə yaxşı başlasa da, sonradan yarış tempində geriyə düşmüş və Red Bull-un gerisində qalmışdı.

Roman Qrojan: “İlk üç yarışdan sonra hamı Şarl Leklerin çempion olacağını düşünürdü, amma sonda az qala ikinciliyi əldən verirdilər. Məncə, Şarl buna görə məyusdur. Məsələn, Rassell ikinci olsa, sevinərdi. Lakin Şarl bir ara Maksı 60-65 xal qabaqlayırdı və sonda geridə qaldı. Bu çox məyusedicidir.

Ferrari-nin bu il güclü olacağını gözləyirəm. Məncə, 2022-ci ildə sıralanma turunda güclü bolidləri var idi.

Şarl da əla işlər görür. Düzdür, bəzi səhvləri oldu, amma qovan tərəfsinizsə, səhv etməyiniz labüddür. Lakin öndə olmaq daha asandır, çünki sizi çox az səbəb geriyə sala bilər. Şarl məni təsrləndirdi. Düşünürəm ki, Ferrari bu ildən dərs çıxaracaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*