20 Noyabr 2019, Çərşənbə - 06:16

Ş.Lekler: “Gözüm açıldı”

Ş.Lekler: “Gözüm açıldı”

Müəllif: Rauf Hacıyev, redaktor

19:57 - 14 İyul, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, İngiltərədə karyerasının ən gözəl yarışını keçirib.

F-1.az xatırladır ki, monakolu sürücü yarış ərzində Ferstappenlə mübarizə aparıb və sonda rəqibinin Fettellə təmasına görə ardıcıl 4-cü dəfə podiuma yüksəlib.

Şarl Lekler: “Karyeram ərzində ən çox həzz aldığım yarış idi. Üçüncülük əla nəticədir, amma çətin idi. Təhlükəsizlik maşınına görə yer itirdik və bu, yaxşı hal deyildi. Trasdakı mübarizəyə görə çox xoşbəxtəm. Avstriya yarışı mənim gözümü açdı. Sərt yarışa biləcəyimizi anladım. Belə mübarizələr gözəldir. Belə yarışa görə xoşbəxtəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər , , ,
Paylaş

logo