S.Markionne: “Komanda ən sakit dövrünü keçirdir”

Ferrari-nin prezidenti Sercio Markionne bu il güclü bolidə sahib olduğuna inanır.

F-1.az xatırladır ki, Sebastyan Fettel qış testlərinin 5-ci günündə 167 dövrə vuraraq, 1:20.396 zaman nəticəsi ilə birinci olub.

Sercio Markionne: “Testlərin nəticələrini gördük. Fettel və Bottası cəmi 0.1 saniyə ayırırdı. Görək yarışlar necə keçəcək. Bizim üçün maraqlı və çətin mövsüm olacaq. Rəqabətədavamlı bolidə sahibik və ümidliyik. Keçənilki qorxularım yoxdur. Amma kimin güclü olduğunu demək mümkünsüzdür. Bəlkə də, bunu Avstraliyada görəcəyik. Komanda qış aylarında əla işlədi və etibarlılıq problemləri həll olundu. Mühərrik cəhətdən də hər şey qaydasında olmalıdır. Mühəndislərimiz keçənilki bolidə fokuslandılar. Təbii ki, bunlar sadəcə sözdür. Ümid edirəm ki, Ferrari bu sözləri yarışda isbatlayar. Artıq rahatam. Prezident olduqdan sonra ən sakit dövrü yaşayıram. Keçənilki uğurumuzu yaxşılaşdırmaq üçün hər şeyə sahibik. Komanda daha yaxşı və səssiz işləyib”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*