M.Binotto: Fetteli koronavirusa görə göndərdik

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Sebastyan Fettellə yollarını koronavirus pandemiyasına görə ayırıblar.

%F-1.az xatırladır ki, tərəflər ilin sonunda tamamilə yollarını ayıracaqlar. Fettel verdiyi son müsahibədə komandanın onu istəmədiyini deyib.

Mattia Binotto: “Qışda özünə də, ictimaiyyətə də demişdik ki, birinci seçimimiz Fetteldir. Qış ərzində Ferrari-də yarışmaqçün bizə çox sürücü müraciət etdi. Bu isə normal haldır, amma ilk seçimimiz Fettel idi.

Bəs onda nə dəyişdi? Hər şeyə təsir edən koronavirus pandemiyası çıxdı. Büdcə limiti çox dəyişdi və daha da sərtləşdi. Reqlament dəyişikliyi 2021-ci ildən 2022-ci ilə təxirə salındı. Bu da bizim üçün vacib idi. 2020 və 2021-ci ildə bolidlərin inkişafı demək olar ki, donduruldu. Yəni ki, vəziyyət dəyişdi. Mövsüm də başlamamışdı. Buna görə də Sebastyanın bəxti gətirmədi.

Karantin dövründə vəziyyətimizi dəyərləndirdik və bir qərara gəldik. Bu, bizim qərarımız idi və ona dedik. İlk dəfə eşidəndə çox təəccübləndi və bu da normal idi. Heç xoşbəxt deyildi. Bu gün də məyusdur.

Beş ildir bizimlə işləyir, bu mövsüm 6-cı ildir. Əsl çempion və yaxşı insandır. Ferrari-dəki bütün işçilər, fanatlarımız onu çox sevirlər. Ona hörmət edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*