C.Klia: “Ferrari bu il güclü idi”

Ferrari komandasının baş yarış mühəndisi Cok Klia bildirib ki, "qırmızılar" bu il bütün mövsüm güclü maşına sahib olublar.

F-1.az xatırladır ki, italyanlar mövsümün birinci yarısında 4 qələbə qazansalar da, mövsümün ikinci yarısında qələbə üzünə həsrət qalmışdılar. Amma Fettel Braziliyada qalib gələrək, Ferrari-nin 4 aylıq qara tilsimini qırıb.

Cok Klia: “Həmişə sürətli idik. Sıralanma turuvə yarışlarda yaxşı nəticələr aldıq və liderlərə yaxın idik. Malayziya və Yaponiyadakı hadisələrə görə geridə qaldıq. Sürətli olduğumuzu Braziliyada yenidən gördük. Sebastyan bütün yarışı nəzarətdə saxladı. Hər şey qaydasında idi. Sebastyan Meksikada da çox sürətli idi. Qalib gələ bilərdi. Amma bu yarışdır və hər şey ola bilər. Bütün dövrələri tamamlamaq vacibdir. Son iki yarışda yaxşı nəticələr almaq istəyirdik və birincini bacardıq. Bu, bizə yüksək əhval-ruhiyyə verəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*