S.Fettel: “Döngələrdə zəifik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, bolid testlərdəki kimi asfalta yapışmır.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda poulu qazanan Həmiltondan 0.7 saniyə geri qalıb. Yarış tempində də Mercedes-lərə yaxınlaşa bilməyən Fettel finiş xəttini lider Bottasdan 57 saniyə sonra 4-cü yerdə keçib.

Sebastyan Fettel: “Asfaltla ilişmə zəif idi. Barselonada ilk gündən etibarən maşından razı qalmışdıq. Balans yaxşı idi və özümə güvənirdim. Amma burada Barselonadakı tempi tuta bilmədim. Bolid istədiyimiz kimi deyildi. Əksər döngələrdə zəif idik və çox vaxt itirdik.

Əvvəl tez pitə girdiyimi düşündüm. Amma pitdən sonrakı performansım daha zəif oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*