22 Avqust 2019, Cümə axşamı - 07:27

S.Fettel: “Bəhanələr axtarmıram”

S.Fettel: “Bəhanələr axtarmıram”

Müəllif: Elçin Zodorov, redaktor

10:36 - 11 İyul, 2016

F-1.az xatırladır ki, komanda yoldaşı Kimi Rəykkönenin 5-ci yer tutduğu dünənki yarışa 11-ci yerdən başlayan və sonda 9-cu olan Sebastyan Fettel gözlənilən çıxışı edə bilməmişdi. Britaniya Qran Prisi Sebastyan üçün mövsümün ən pis yarışlarından biri olub. 

Sebastyan Fettel: “Hadisələrlə zəngin yarış oldu. Quru təkərlərinə vaxtında keçdik. Xeyli yer qazandım, amma təəssüf ki, ilk döngədə idarəetməni itirdim və yerimdə fırlandım. Bu, mənim səhvim idi. Sonra yenidən yüksəlməyə çalışdım, lakin mümkün olmadı. Belə şəraitdə səhv etmək daha rahatdır. Mən də daxil olmaqla bir çox adam səhv etdi. Son dövrəyə qədər ağır şərtlərlə sürdük. Asfaltın bəzi yerləri sona qədər yaş idi. Podiuma yüksələ biləcək qədər sürətli deyildik.

Macarıstan Qran Prisinin keçirildiyi tras tamamilə fərqlidir. Biz bu həftəsonundan lazımi dərsləri almalıyıq. Cümə və şənbə ötürmələr qutusunda problemlər yaşadım. Sıralanmalarda yaxşı idik, amma eyni şeyi yarış üçün deyə bilməyəcəm. Hazırda ancaq qalib gəlmək istəyirik və arxalarda nələrin baş verdiyi bizə maraqlı deyil. Red Bull bu yarışda güclü idi. Demək olar ki, yarış tempi baxımından bizdən üstün olduqları yeganə yarış idi. İki həftə ərzində vəziyyətin dəyişəcəyinə inanıram. Komanda üçün uğursuz həftəsonu idi, amma problemləri həll edib daha yaxşı nəticələr qazanmalıyıq. Bəhanələr axtarmırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 349
Teqlər , ,
Paylaş

logo