Ş.Lekler: Elə bildim pis dövrə vurmuşam

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, poul dövrəsi elə də ideal olmayıb.

F-1.az xatırladır ki, monakolu sürücü Bakıdakı sıralanma turunda ən sürətli dövrəsini ardıcıl ikinci poulunu əldə edib.

Şarl Lekler: “Çox pis dövrə olduğunu düşünürdüm. İkinci və üçüncü döngədə səhvlər elədim, ancaq son sektorda Lyuisdən hava kisəsi aldım və bu, mənə kömək elədi. Lakin bu hava kisəsi olmasa da, poula yaxın idik. Sözün açığı, yaxşı gün idi. Bugün bu qədər güclü olacağımı gözləmirdim. Qırmızı bayraqlar çıxanda da, nəticəmi yaxşılaşdırırdım.Ümid edirəm ki, Karlosda da hər şey qaydasındadır. Qəzanı görmədim və heç nə deyə bilməyəcəm.

Ardıcıl iki poul qazanmaq gözəl haldır, amma sessiya yenə də qırmızı bayraqla bitdi. Kaş normal formada bitərdi. Əsas odur poul qazandıq.

Bolid yaxşı işləyir, ancaq Red Bull və Mercedes yarış tempində daha yaxşıdırlar. Buna görə də çətin olacaq, çünki Bakı Monako deyil. Burada ötmələr mümkündür. Əlimdən gələni edəcəm. Ümid edirəm ki, yerimi qoruyaram”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*