Ş.Lekler: Sabah qalib gələcəm

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sabah yarışı qazana bilər.

F-1.az xatırladır ki, monakolu sürücü Sinqapurdakı yağışlı sıralanma turunda poul qazanıb.

Şarl Lekler: “Çox xüsusi idi. Şəhər tipli traslarda keçirilən sıralanma turu sessiyaları limitdə olur. Bundan başqa trasın bəzi hissələri yaş idi. Ona görə də bolidin arxasını itirirdik. Lakin əla iş gördük.

Birinci və ikinci sessiya yağış təkərləri ilə çətin idi. Son sessiyada hansı təkəri seçək bilmədik. Son dəqiqədə Soft təkərləri seçdik və işə yaradı.

Son cəhdimdə bir səhv elədim. Buna görə də poulun əldən getdiyini düşündüm. Ancaq atdığım dövrənin yetərli olduğunu öyrəndim və xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*