Ş.Lekler: Yarış tempində güclənməliyik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yarış tempində inkişaf etməlidirlər.

F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində vahid dövrədə güclü görünsə də, təkərləri tez yeyirdi və tempi tez düşürdü. Buna görə də yarış tempində zəif görünürdü.

Şarl Lekler: “Sıralanma tempimiz pis deyil, amma yarış tempində və təkərəri istifadədə inkişaf etməliyik. Soft təkərlərdə Medium təkərlərə nisbətən daha güclüyük. Görək sıralanma turuna qədər nə edirik. İndiki hava şəraiti qış testlərinə nisbətən fərqlidir.

Bu problemləri həll etməliyik, çünki yarış tempində zəifik. Görək dolu çənlə nələr edirik. Ümid edirəm ki, güclənərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*