Ferrari Saynsla 2019-cu ildən danışıqlara başlayıb

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ferrari onunla 2019-cu il mövsümünün sonundan danışıqlara başlayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü növbəti möcsümdən Formula1 tarixinin ən tutullu komandasının şərəfini qoruyacaq.

Karlos Sayns: “Dəqiq vaxt deyə bilmərəm, amma Ferrari 2019-cu ilin sonunda qışda danışıqlafa başlamışdıq. Reaksiyasını anlamaq üçün Zek Braunun yanına gedib dedim və o da bunun böyük fürsət olduğunu dedi və icazə verdi. Əsas məsələləri atam, menecerim və qohumum həll elədi. Zoom proqramı vasitəsilə iclas keçirdik. Hər iki tərəf də müqavilə bağlamaq istəyirdi. McLaren də mənə bu işdə kömək etdi və müqavilə bağlananda adıma sevindilər. Məni təbrik etdilər və dedilər ki, buna layiqsən. Rəhbərinizin belə münasibəti həmişə sevindiricidir.

Yeni müqaviləni anam, atam və bacılarımla şampan açaraq qeyd etdik. Yaxşı şam yeməyi yedik və çox xoşbəxt idim. Həmişə yanımda olan və mənə dəstək olan insanlarla xüsusi gün keçirdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*