S.Fettel şişirilmiş sürücüdür

Ferrari komandasının sabiq mühəndisi Luka Baldizzeri dördqat Dünya Çempionu Fettelin şişirdilmiş sürücü olduğunu düşünür.

F-1.az xatırladır ki, Fettel son 2017 və 2018-ci illərdə etdiyi səhvlərlə çempionluğu əldən vermişdi. Bu il isə Bəhreyn, Kanada və Britaniya yarışlarında səhvlər edərək vacib xalları əldən verib.

Luka Baldizzeri: “Fettel şişirilmiş sürücüdür. Şumaxerin varisi deyil. Çox səhv elədi və özünə gəlməlidir. Lakin o, dördqat Dünya Çempionudur. Əgər Lekler güclənsə və yüksək səviyyəli sürücü olsa, onu dəstəkləyən ikinci pilota ehtiyac olacaq. Fettel bu profilə uyğundur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*