S.Fettel: “Spa xüsusidir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Spa trasını çox sevir.

F-1.az xatırladır ki, almaniyalı sürücü son qələbəsini keçən il Belçika yarışında qazanıb və bir ildən sonra bu həsrətə son qoymaq istəyir.

Sebastyan Fettel: “Ora enişli-yoxuşludur və böyük hissəsi meşəlikdən ibarətdir. Oranı sevməmək mümkünsüzdür. Bolidlər kimi tras da dəyişdi. Orada ilk dəfə Formula1 bolidi sürdüyüm dövrlərə nisbətən döngələr daha asanlaşıb, çünki bolidlərdə daha çox asfaltayatma qüvvəsi var. Qırmızı su yoxuşunu tam qazla keçirik. Çox xüsusi trasdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*