Avstriya-2022: Yarış

Avstriya Qran Prisi ilə builki təqvimdəki yarışların düz yarısına yekun vurulub. Ferstappen komandasının ev yarışına böyük xal fərqi ilə gəlib. Həftəsonu boyu narıncıya bürünmüş tribunlara ümumi 303 min azarkeş gəlib.

F-1.az xatırladır ki, cümə günü baş tutan ilk sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan üstün olub, niderlandlı sürücü gücünü sıralanma turunda da göstərib. Çox əhəmiyyət daşımayan dünənki məşqlərə isə Karlos Sayns liderlik edib. Mövsümün ikinci sprint yarışında startdan finişə qədər üstünlüyünü qoruyan Maks Ferstappen qələbə qazanıb.

Pirelli Şpilberqə ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Çjou, Tsunoda, Fettel və Alonso ən sərt təkərlərlə, qalan sürücülər isə Hard təkərlərlə start alıblar.

Yarışa ilk cərgədən Ferstappen və Lekler, ikinci cərgədən Sayns və Rassell, üçüncü cərgədən isə Peres və Okon başlayıblar.

Startda Maks yerini qoruyub, Rassell əvvəlcə Saynsa hücum etsə də, özünü Peresin hücumlarından qorumalı olub. İkili toqquşub, Peres çınqıllığa çıxaraq yerində fırlanıb və xeyli vaxt itirib. Serxio pit-stop edib. İnsidentə görə Rassellə 5 saniyəlik cəza verilib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Sayns – Rassell – Okon – Maqnussen – Həmilton – Şumaxer – Rikkardo – Norris.

Maks dünənkindən fərqli olaraq, Leklerdən uzaqlaşa bilməyib. Şumaxer Həmiltonu 5-ci dövrədə keçib, Norris isə Rikkardonu qabaqlayıb. Bottas 7-ci dövrədə təkərlərini dəyişməyə yollanıb. Rassell və Norris arxalarında xeyli sürücü toplayıblar. Lakin ötmələr olmayıb. Lekler 10-cu dövrədə Maksa hücum etsə də, ötə bilməyib. Lakin iki dövrə sonra 4-cü döngədəki cəhd uğurla nəticələnib və monakolu sürücü liderliyə yüksəlib. Rassell həm təkərlərini və ön qanadını dəyişib, həm də cəriməsini ödəyib.

Elbon da yeni təkərlərə keçib. Ona 13-cü dövrədə Rikkardo, Qasli, Latifi və Həmilton qoşulub. Həmilton 15-ci dövrədə hər iki Haas sürücüsünü keçib. Ferstappen Şumaxeri ötüb, Maqnussen pitə yollanıb. Okon və Şumaxer də 17-ci dövrədə təzə təkərlərə keçiblər. Dəfələrə trasdan çıxan Peresə xəbərdarlıq edilib. Həmilton Ferstappenlə mübarizədə uduzub və niderlandlı sürücü üçüncü yerə qalxıb. Okon Fetteli geridə qoyub.

Fettel 21-ci dövrədə təkərlərini dəyişib. Alonso daha təzə təkərlərdə olan Okonu irəli buraxıb. Fransız sürücü də Çjou və Tsunodanı üstələyərək 6-cı yerə qalxıb. Çjou Alonso və Maqnussendən də geri qalıb. Qasliyə də trasdan çıxdığı üçün xəbərdarlıq edilib. Şumaxer 26-cı dövrədə Alonsonu ötüb. Peres maşını pit yoluna gətirərək yarışdan çəkilib.

Lekler 27-ci dövrədə təkərlərini dəyişərək üçüncü yerdə trasa qayıdıb. Tsunoda pit-stop edib, Norris Alonsonu geridə qoyub. Alonso və Sayns da pit-stopa çağrılıblar, Karlos dördüncü yerdə trasa qayıdıb, Ferstappen yenidən liderliyə yüksəlib. Lyuis 29-cu, Stroll isə 30-cu dövrədə təzə təkərlərə keçiblər. Trasa qayıdan Həmilton bir qədər sonra Okonu keçib.

Rassell Rikkardo ilə mübarizədən qalib ayrılıb, Qasli və Norrisə tras hüdudlarını dəfələrlə pozduqları üçün 5 saniyəlik cəza verilib. Lekler sürətlə fərq bağladığı Ferstappeni asanlıqla keçərək yenidən lider olub və dərhal ondan uzaqlaşıb. Şumaxer 34-cü dövrədə komanda yoldaşını geridə qoyub. 35-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Sayns – Həmilton – Okon – Şumaxer – Maqnussen – Norris – Rassell – Rikkardo.

Alonso Tsunodanı ötüb. Sayns Ferstappenə çataraq ona hücumlar etməyə hazırlaşarkən Red Bull sürücüsü pit-stopa yönəlib, Leklerdən 25 saniyə geridə üçüncü yerdə trasa qayıdıb. Sayns və Çjouya da trasdan çıxdıqları üçün xəbərdarlıq edilib. 40-cı dövrədə Qasli ilə Fettelin mübarizəsi ikincinin çınqıllığa düşməsi ilə nəticələnib. Qasliyə buna görə 5 saniyəlik cəza verilib. Bottas təkərlərini dəyişib.

Norris Maqnusseni keçib, Rassell və Qasli pit-stop ediblər. Həmiltona da eyni səbəbə görə xəbərdarlıq edilib. Şumaxer, Norris, Okon və Rikkardo növbəti dəfə yeni təkərlərə keçiblər. Rassell 45-ci dövrədə Strolla mübarizədən qalib ayrılıb. Norris də Tsunodanı ötüb. Çjou və Tsunoda daha bir pit-stop ediblər. Hər iki Haas sürücüsü Strollu üstələyib. Lekler və Stroll 50-ci dövrədə pit yoluna üz tutublar. Şarl üçüncü yerdə trasa qayıdıb. Sayns da bir dövrə sonra pit-stopa çağrılıb. Sükandakı problemdən şikayətlənən Lətifi 51-ci dövrədə mübarizəni dayandırıb.

Həmilton 52-ci dövrədə pit-stop edib. Bir dövrə sonra isə Lekler Ferstappeni üçüncü dəfə keçərək yenidən lider olub. Şumaxer də xəbərdarlıq edilən sürücülər sırasına qoşulub. Rassell Alonsonu keçərək altıncı yerə qalxıb. Sayns 57-ci dövrədə Ferstappenə hücum etmək istəyərkən anidən yavaşlayıb. Karlos maşını trasdan kənara çəkib və maşın qəfil alovlanıb. Sürücü kokpiti tərk edib, VTM rejimi elan olunub. Lekler, Ferstappen və Alonso növbəti pit-stoplarını ediblər. 59-cu dövrədə ilk onluq: Lekler – Ferstappen – Həmilton – Okon – Rassell – Şumaxer – Maqnussen – Norris – Alonso – Rikkardo.

Alonso 59-cu dövrədə yenidən pit-stop etməli olub. Restart 60-cı dövrədə elan edilib. Ferstappen sürətini artıraraq Leklerlə arasındakı 4 saniyəlik fərqi azaldıb. Rassell Okonu da üstələyib. Norris isə Maqnusseni geridə qoyub. Elbon son dövrələrdə Bottas və Alonsodan geri qalaraq xal zonasından uzaqlaşıb. Ferstappen Leklerə çata bilməyib.

Beləliklə, Şarl Lekler mövsümdə üçüncü, karyerasında isə beşinci qələbəsini qazanıb. Beləliklə, çempionatda Serxio Peresi üstələyib. Sürətli dövrənin sahibi Maks Ferstappen ikinci olub, podiumun son pilləsinə isə ardıcıl üçüncü yarışda da Lyuis Həmilton yüksəlib. Haas bu mövsüm ilk dəfə hər iki sürücüsü ilə xal alıb.

Mübarizə 2 həftə sonra Fransada davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 16 Şarl Lekler Ferrari 1:24:24.312 3
2 1 Maks Ferspappen Red Bull + 0:01.532 3
3 44 Lyuis Həmilton Mercedes + 0:41.217 2
4 63 Corc Rassell Mercedes + 0:58.972 2
5 31 Esteban Okon Alpine + 1:08.436 2
6 47 Mik Şumaxer Haas +1 dövrə 2
7 4 Lando Norris McLaren +1 dövrə 2
8 20 Kevin Maqnussen Haas +1 dövrə 2
9 3 Daniel Rikkardo McLaren +1 dövrə 2
10 14 Fernando Alonso Alpine +1 dövrə 3
11 77 Valtteri Bottas Alfa Romeo +1 dövrə 2
12 23 Aleksander Elbon Williams +1 dövrə 2
13 18 Ləns Stroll Aston Martin +1 dövrə 2
14 24 Quanyu Çjou Alfa Romeo +1 dövrə 2
15 10 Pyer Qasli * AlphaTauri +1 dövrə 2
16 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 2
17 5 Sebastyan Fettel ** Aston Martin +1 dövrə 2

 

* – Pyer Qaslinin nəticəsinə Sebastyan Fettellə mübarizədə onu trasdan çıxardığı üçün 5 saniyə əlavə edilib.

** – Sebastyan Fettelin nəticəsinə dəfələrlə trasdan çıxdığı üçün 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:07.275 (4-cü dövrə, 231.063 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Karlos Sayns Ferrari 57 güc qurğusu
Nikolas Latifi Williams 51 sükan problemi
Serxio Peres Red Bull 26 mexaniki problem

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 208
2 16 Şarl Lekler Scuderia Ferrari 170
3 11 Serxio Peres Red Bull Racing 151
4 55 Karlos Sayns Scuderia Ferrari 133
5 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 128
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 109
7 4 Lando Norris McLaren Racing 64
8 31 Esteban Okon Alpine F1 Team 52
9 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
10 14 Fernando Alonso Alpine F1 Team 29
11 10 Kevin Maqnussen Haas F1 Team 22
12 3 Daniel Rikkardo McLaren Racing 17
13 20 Pyer Qasli Scuderia AlphaTauri 16
14 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 15
15 47 Mik Şumaxer Haas F1 Team 12
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
17 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 5
18 23 Aleksander Elbon Williams Racing 3
19 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 3

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 359
2 Scuderia Ferrari Ferrari 303
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 237
4 McLaren F1 Team Mercedes 81
5 Alpine F1 Team Renault 81
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 51
6 Haas F1 Team Ferrari 34
8 Scuderia AlphaTauri Red Bull 27
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 18
10  Williams Racing Mercedes 3
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*