D.Rikkardo: “Fettel yersiz hərəkətlər edir”

Sebastyan Fettelin sabiq komanda yoldaşı Daniel Rikkardo hesab edir ki, almaniyalı sürücü bu mövsümdə çıxışına görə məyusluq yaşayır və buna görə də hamını təhqir edir.

F-1.az xatırladır ki, Fettel Meksikada Alonso, Sayns, Massa, Ferstappen və Uaytinqi təhqir etmişdi.

Daniel Rikkardo: “Qətiliklə deyə bilərəm ki, Fettel bu mövsüm çox məyusdur. Keçmişdə də emosional davranırdı, amma bu il həddən artıq emosionaldır. Radiodan ağzına gələni demək asandır, amma bunun canlı yayımlandığını hamımız bilirik. Mən ondan da pis söyüşlər söyə bilərəm, amma mən əvvəlcə öz-özümə danışıram və sonra radionu açıram.

Ferrari-nin builki performansına görə məyusdur. Mövsümün əvvəlində Mercedes ilə mübarizə edəcəklərini gözləyirdilər, amma işlər qaydasında getmədi. Keçmişdə də məyus olduğunu görmüşdük, amma indi yersiz hərəkətlər edir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*