Ferrari yeni bolidini teatrda təqdim edəcək

Ferrari komandası yeni bolidin təqdimatının teatrda keçiriləcəyini açıqlayıb.

F-1.az bildirir ki, təqdimat Modena yaxınlığındakı Reccio Emiliya şəhərciyində Romolo Vallinin adını daşıyan bələdiyyə teatrında keçiriləcək.

Məlumata əsasən, təqdimat fevralın 11-də yerli vaxtla saat 18:30-da baş tutacaq. Tədbir, həmçinin, Ferrari-nin rəsmi Facebook səhifəsində canlı yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*