22 Noyabr 2019, Cümə - 21:20

M.Arrivabene: “Rəykkönen daha yaxşı ola bilərdi”

M.Arrivabene: “Rəykkönen daha yaxşı ola bilərdi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:28 - 02 May, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Rəykkönen təhlükəsizlik avtomobilindən sonra çox zəif çıxış edib…

F-1.az xatırladır ki, Rəykkönen yarışa üçüncü yerdən başlayıb və yarışın startında Bottası keçərək, ikinci yerə yüksəlib.

Təhlükəsizlik avtomobilindən sonra Bottas və Həmilton Rəykköneni keçiblər. Amma finlandiyalı sürücü pit-stoplardan sonra Bottası keçərək yarışı 3-cü yerdə bitirə bilib.

Mauritsio Arrivabene: “Rəykkönen? Yaxşı yarışdı, ancaq təhlükəsizlik avtomobilindən sonra daha güclü ola bilərdi”.

Qeyd edək ki, Rəykkönenin Ferrari-dəki gələcəyi hələ də məlum deyil. Arrivabene bu barədə danışıb: “Onunla müqavilə bağlayıb-bağlamayacağımızı bilmirəm. Onun yarışmaq istəyi var, amma bəzi şeylər sizdən asılı olmur. Mən onun qalması üçün əlimdən gələni edirəm. Görək, gələcəkdə nə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 517
Teqlər , ,
Paylaş

logo