Fernando Alonso Bakıdakı yarış üçün hədəfini açıqlayıb

Bakı şəhər trasında Aston Martin komandası uzun düzlüklərə görə adət etdiyimizdən daha az rəqabətqabiliyyətli təsir bağışlayıb, çünki Honda güc qurğusuna burada sürət çatmayıb. Start ərəfəsində Fernando Alonso komandasının lideri şənbə yarışında qarşısına hansı məqsədi qoyduğunu açıqlayıb.

“Finişə çatmağa, sıralanma turunda olduğu kimi səhvlərə yol verməməyə və maşını qəzaya uğratmamağa çalışacağam, – deyib Fernando Alonso. – Biz ən yüksək mövqelər uğrunda mübarizə aparmırıq, buna görə də bu üçlü seriyanın ilk mərhələsində maşını salamat saxlamaq vacibdir. Bizi ardıcıl üç yarış gözləyir, ona görə də məqsədimiz ehtiyat hissələrini və bu kimi şeyləri qorumaqdır”.

Bakıda Fernando Alonso komanda yoldaşı Strolldan öncə 21-ci yerdən start alacaq.